...

Gömrük Komitəsinin sifariş verdiyi “Body Scan" yoxlama aparatları artıq ölkəyə gətirilib

İqtisadiyyat Materials 22 Fevral 2019 14:26 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sifariş verdiyi 9 ədəd “Body Scan" (B-Scan) yoxlama aparatı artıq ölkəyə gətirilib.
Gömrük Komitəsinin sifariş verdiyi “Body Scan" yoxlama aparatları artıq ölkəyə gətirilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dövlət Gömrük Komitəsinin sifariş verdiyi 9 ədəd “Body Scan" (B-Scan) yoxlama aparatı artıq ölkəyə gətirilib.

Trend-in məlumatına görə, bunu Gömrük Komitəsinin Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılmasının baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyev bildirib.

Onun sözlərinə görə, gətirilən aparatlar yaxın zamanlarda bütün beynəlxalq hava limanlarında və Naxçıvan da daxil olmaqla bütün cənub sərhədlərində quraşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti