...

"Rabitəbank"da YENİ TƏYİNATLAR olub

İqtisadiyyat Materials 5 Mart 2019 14:44 (UTC +04:00)

Bakı. Trend:

"Rabitəbank" gənc peşəkarların sayını artırır. Marketinq departamentinə yeni təyinatlar var. Belə ki, marketinq departamentinin direktoru vəzifəsinə Ələkbər Eyvazlı, marketinq meneceri vəzifəsinə isə Nazlı Orucova təyin edilib.

"Rabitəbank" ölkənin ilk müstəqil banklarından olmaqla yanaşı, həm də sürətlə rəqəmsal istiqamətdə inkişaf edən banklarındandır. 2018-ci ildə, ölkədə ilk dəfə bot sistemini tətbiq edərək Rabitəbot-u müştərilərin istifadəsinə təqdim edən bank, xidmətlərini onlayn və daha sürətli şəkildə həyata keçirir. İnnovativ inkişafa meyilli olan və rəqəmsallaşan bank, artıq bir çox təyinatlarını gənclərdən yana seçir.

Marketinq departamentin yeni rəhbəri Ə.Eyvazlı, bundan əvvəl bir sıra yerli və xarici şirkətlərdə, o cümlədən "Samsung Electronics", "FİNCA Azerbaijan", "Azersun Holding", "Kapital Bank2da aparıcı marketing vəzifələrində, N.Orucova isə "Bakcell", GoldenPay-da Marketinq və Rəqəmsal sahəsi üzrə müxtəlif aparıcı vəzifələrdə çalışıb.

Qeyd edək ki, Elmir Əliyev rəqəmsal sahədə konsultasiya fəaliyyətini davam etdirmək səbəbi ilə vəzifə icraatını dayandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti