...

Biznesdə konsaltinq mədəniyyəti

İqtisadiyyat Materials 28 Mart 2019 10:51 (UTC +04:00)
Konsaltinq biznesini inkişaf etdirmək istiyən insanlara və ya firmalara göstərilən ödənişli xidmət növüdür.
Biznesdə konsaltinq mədəniyyəti

Bakı. Trend:

Konsaltinq ingilis sözü olub, “consulting” məsləhət vermək deməkdir.

Konsaltinq biznesini inkişaf etdirmək istiyən insanlara və ya firmalara göstərilən ödənişli xidmət növüdür. Konsaltinqin fəaliyyət sahəsi çox genişdir: əməyin təşkili, sərmayələr, kadr siyasəti, maliyyə, vergilər, marketinq və s. bura aiddir.

Konsaltinq şirkəti ixtisaslaşdığı sahədə bildiklərini müştərisi ilə paylaşmalı, lakin bu zaman həmin şirkətin kofidensiallığın da qorumalı və ona qarşı dürüst olmalıdır.

Azərbaycanda konsaltinq şirkətlərinə artıq xərc kimi baxılır, lakin əslində konsaltinq xidmətlərindən istifadə müəssisənin inkişaf etdirilməsi yolunda ən yaxşı üsullardan biridir. Konsaltinq şirkətlərinin hər biri öz xidmətlərini peşəkarcasına yerinə yetirsə, öz fəaliyyət sahələrində mükəmməl olsa, Azərbaycanda konsaltinqə baxış açısını dəyişmək mümkün olar.

Avropa və Amerika kimi inkişaf etmiş bölgələrdə konsaltinq xidmətləri çox inkişaf etmişdir. Xüsusilə, Amerikanın şirkətləri diqqətlərini əsas fəaliyyət sahəsinə verib, qalan işlərini başqa şirkətlərə etibar edirlər. Onların ixtisaslaşdığı sahədə inkişaf etmələri səbəblərindən biri də budur.

Bəs düzgün konsaltinq şirkətini necə seçə bilmək olar? Bu sualın əsasında məsləhətçi firmanın özünü çox yaxşı ifadə edə bilməsi və müştərinin də doğru məsləhətçi ilə problemi düzgün yolla həll edə bilməsidir.

Əslində, konsaltinq şirkəti sizi xəyallara deyil, gerçək hədəflərinizə doğru yönəltməlidir.

Azərbaycanda inkişaf edən konsaltinq müəssisələrindən, bu sahədə 23 illik təcrübəsi olan "BSC Consulting & Outsourcing" bir konsaltinq şirkətindən gözləntilərinizi təmin edərək, həmçinin biznesinizdə məxfiliyi qoruyan etibarlı şirkətlərdən biridir. "BSC Group" daima yeniliklərə açıq olan şirkətlərdəndir. Hər müəsisənin həqiqəti və gözləntiləri fərqlidir, buna görə ona uyğun strategiya hazırlayıb tətbiq edər, biznesinizə yeni baxış gətirib hədəfinizə tez bir zamanda çatmağınızı təmin etməkdə kömək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti