...

Əqli Mülkiyyət Agentliyində “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik edilməsi barədə müzakirələr aparılıb

İqtisadiyyat Materials 22 Aprel 2019 13:41 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyində geniş tərkibli iclas keçirilib.
Əqli Mülkiyyət Agentliyində “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik edilməsi barədə müzakirələr aparılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Əqli Mülkiyyət Agentliyində geniş tərkibli iclas keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, toplantıda Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov təşkilatın fəaliyyət sahəsinə aid olan bir sıra qanunvericilik aktlarına, o cümlədən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1508-VQD nömrəli Qanununun mahiyyəti və əhəmiyyəti haqqında məlumat verib.

Bildirilib ki, vaxtilə Azərbaycan Respublikasının “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunlarına 2018-ci il 23 fevral tarixli 1005-VQD nömrəli və 1006-VQD nömrəli Qanunlar ilə edilmiş dəyişikliklərə əsasən, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı dövlət adından bir sıra hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumları haqlara keçirilmiş və dövlət rüsumunun miqdarları 23 fevral 2018-ci il 1009-VQD nömrəli Qanunla “Dövlət rüsumu haqqında” Qanundan çıxarılıb.

Bununla yanaşı, Əqli Mülkiyyət Agentliyi fəaliyyətə başladıqdan aparılan təhlillər nəticəsində məlum olub ki, “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunların müvafiq maddələrində haqlarla əvəz edilən dövlət rüsumları içərisində “Dövlət rüsumu haqqında” Qanunun 1-ci maddəsinin və 2.0.6-cı yarımbəndinin müddəasının tələblərinə uyğun olmayaraq, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər ilə bağlı ödənilməli olan dövlət rüsumları da haqla əvəz edilmiş və həmin dövlət rüsumlarının məbləğləri də həmin Qanunun 18-ci maddəsindən çıxarılmış, həmçinin dövlət rüsumundan haqlara keçirilmiş qiymətlər tənzimlənməmiş qalıb. Tənzimlənməyən rüsumların alınması Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən daxili əmrlə və yaxud müqavilə bağlanılması yolu ilə həyata keçirilib ki, bu da rüsum fəlsəfəsinə ziddir.

“Dövlət rüsumu haqqında” Qanuna edilmiş hazırki dəyişiklik Agentlik tərəfindən yerli və beynəlxalq təcrübə nəzərə alınmaqla araşdırmalar aparılıb, dövlətin maraqları baxımından qanunvericilikdə olan uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə müvafiq təkliflər əsasında edilib.

Agentliyin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov çıxış edərək, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında” və “Dövlət rüsumu haqqında” Qanunlara edilmiş son dəyişikliklərin tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli 608 və 609 nömrəli Fərmanlarının və 1097 nömrəli Sərəncamının icrası ilə bağlı Agentlik üzrə verilmiş tapşırıqlar barədə məlumat verib.

Qeyd edək ki, qanunvericilik aktlarına edilmiş bu dəyişikliklər ölkəmizdə aparılan iqtisadi islahatlar çərçivəsində həyata keçirilir və əqli mülkiyyət sisteminin inkişafına əhəmiyyətli təsir göstərəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti