...

Nazir: İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr genişlənir

İqtisadiyyat Materials 3 May 2019 17:22 (UTC +04:00)
İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə daha da genişlənir.
Nazir: İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr genişlənir

Bakı. Ayşəm Rüstəmova - Trend:

İndoneziya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif sahələrdə daha da genişlənir.

Trend-in məlumatına görə, bunu İndoneziyanın Kənd Təsərrüfatı və Aqrar Planlama naziri Sofyan Cəlil deyib.

Cakartada Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü tədbirində çıxış edən nazir 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin 500 milyon dollardan çox olduğunu deyib:

“Gələcəkdə Azərbaycan və İndoneziya arasında, xüsusilə enerji sektorunda ticarət və investisiya əməkdaşlığını genişləndirmək niyyətindəyik. Müştərək layihələr İndoneziya və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirəcək”.

S.Cəlil növbəti illərdə İndoneziya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın, ortaq layihələrin daha da artacağına inamını ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti