...

Ulduz Şokolad Fabrikinin dəstəyi ilə daha bir təlim baş tutub (FOTO)

İqtisadiyyat Materials 27 May 2019 19:32 (UTC +04:00)
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən qadınlar üçün təşkil olunan Marketinq təliminə dəstək oldu.
Ulduz Şokolad Fabrikinin dəstəyi ilə daha bir təlim baş tutub (FOTO)

Bakı. Trend:

Hər zaman təhsilə, insan resurslarının, xüsusilə qadınların və uşaqların intellektual inkişafına önəm verən Ulduz Şokolad Fabriki (“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC) bu dəfə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən qadınlar üçün təşkil olunan Marketinq təliminə dəstək oldu.

MMC-dən Trend-ə verilən məlumata görə, sahibkar xanımlar üçün ödənişsiz keçirilən təlimdə marketing, SWOT analizi, qiymət siyasəti, brendinq, strategiya, reklam və internet marketinqi kimi əsaslı mövzular haqqında iştirakçılara ətraflı məlumat verilib, sonda isə hər kəsə təşilat adından sertfikatlar təqdim olunub.

Qeyd edək ki, Ulduz Şokolad Fabriki bundan sonra da AQSİA tərəfindən regionlarda keçiriləcək təlimlərə dəstək olmaqda davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti