Bakı. Trend:
13 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib :
| Qiymətli kağızın ISIN kodu | AZ2039008688 |
| Emissiya həcmi | 30 000 000 AZN |
| Nominal qiyməti | 1000 АZN |
| Hərrac qiyməti | 1004,4167 AZN |
| İstiqrazların tədavül müddəti | 23 il |
| Faiz dərəcəsi | 3 % |
| Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir (180 gün) |
| Anderrayter | BTB-Kapital İŞ ASC |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.