Bakı. Trend:
Ulduz Şokolad Fabriki yeni tədris ilinin başlaması münasibəti ilə Bakı Dövlət Universitetinin müəllim və tələbə heyətini təbrik edib.
Fabrikdən Trend-ə verilən məlumata görə, bu münasibətlə fabrik nümayəndələri müəllimlərə, tələbələrə, eləcə də valideynlərə "Ləzzət al, Sağlam ol" şüarı adı altında “FAVO” müsli batonları haqqında məlumat verib, məhsullardan hədiyyə etmişdir.
“FAVO” məhsullarının "Ləzzət al, Sağlam ol" şüarı adı altında təqdim edilməsi təsadüfi deyil. Belə ki, “FAVO” taxıllı batonları təbii qidalandırıcı tərkib və vitaminlərə malikdir. Məhsul yerli istehlakçılar üçün tamamilə yeni olduğundan stendə yaxınlaşan ziyarətçilərdə daha çox maraq yaratmışdır. Onlar “FAVO”- nun tərkibi və faydaları haqqında fabrik nümayəndələrindən məlumatlar alır, məhsulu dadaraq fikirlərini bölüşüblər.
Görüş zamanı tələbələri maraqlandıran sualları da diqqətinizə çatdırırıq. “FAVO” nə üçün Sağlam qida hesab edilir? Bildiyiniz kimi, lifli qidaların insan sağlamlığına olan faydaları danışmaqla bitməz. Mütəmadi lif istehlakı həm artıq çəki, həm də diabet və ürək xəstəliklərinin inkişafının qarşısını alır. Lif baxımından ən zəngin olan qida - yulafdır. Səhər yeməyində yulaf və südün qarışdırılaraq qəbul edilməsi ilə sağlam səhər yeməyi etmiş olursunuz. Bu da sizin uzun müddət tox hiss etmənizə, həm də enerjili olmanıza imkan yaradır. “FAVO”-nun yulaf ilə zəngin olması, səhər yeməyi yemədən evdən çıxdığınızda, nahar yeməyinə bir-iki saat qalarkən, axşam saatlarında aclıq hissi gəldiyində sağlam atışdırmalıq kimi qəbul etməyinizə imkan yaradır.
Digər maraqlandıran sual isə “FAVO” az kalorilidir, yəni dietik məhsuldur? “FAVO” sadəcə dietik məhsul kimi hesab edilməməlidir. Çünki, “FAVO” az kalorili olması ilə yanaşı, tərkibində olan yulaf və arpa maltı sayəsində, həm də, enerji mənbəyidir.
Stendi ziyarət edənlər arasında Bakı Dövlət Universitetinin rektoru da olub. Rektor “FAVO” məhsullarının dadına baxıb, öz təəssüratlarını bölüşüb.
Həmin gündən çəkilmiş şəkilləri aşağıda izləyə bilərsiniz.