...

Bu rayonda qaz olmayacaq

İqtisadiyyat Materials 3 Oktyabr 2019 09:52 (UTC +04:00)
Qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən qaz təchizatı dayandırılacaq.
Bu rayonda qaz olmayacaq

Bakı. Samir Əli - Trend:

Bu gün ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, saat 14:00-dan 16:00-dək 2 saat müddətinə Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti