...

PAŞA Bank Neft və Qaz sənayesi müəssisələri ilə əməkdaşlıq edən şirkətlər üçün eksklüziv biznes krediti təklif edir

İqtisadiyyat Materials 28 Oktyabr 2019 16:57 (UTC +04:00)
PAŞA Bank Neft və Qaz sənayesi müəssisələri ilə əməkdaşlıq edən şirkətlər üçün eksklüziv biznes krediti təklif edir.
PAŞA Bank Neft və Qaz sənayesi müəssisələri ilə əməkdaşlıq edən şirkətlər üçün eksklüziv biznes krediti təklif edir

Bakı. Trend:

PAŞA Bank Neft və Qaz sənayesi müəssisələri ilə əməkdaşlıq edən şirkətlər üçün eksklüziv biznes krediti təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, bu kreditlə Siz şirkətinizin nağd pul axınını davamlı edərək əmək haqqlarını ödəyə, xərclərinizi qarşılaya və biznesinizi inkişaf etdirə bilərsiniz.

Məhsul fərdi sektora aid Neft-Qaz şirkətləri və onların təchizatçıları üçün nəzərdə tutulub. Təchizatçı, podratçı, tərəfdaş, distribyutor olmağınızın və ya hansı növ xidməti təchiz etdiyinizin fərqi yoxdur - bu kredit nağd vəsaitə olan ehtiyacınızı təmin edəcək.

Bu tip maliyyələşmənin əsas üstünlükləri adi kreditdən daha aşağı faizli olması, iki iş günü ərzində və girovsuz icra olunması, carı təchizatların və biznes xərclərinin vaxtında ödənilməsini təmin etməsidir.

Daha ətraflı məlumat əldə etmək üçün bu linkə keçid edə bilərsiniz: https://www.pashabank.az/sme_banking/az/factoring_campaign

Məqalədə:
Xəbər lenti

Xəbər lenti