...

DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

İqtisadiyyat Materials 7 Noyabr 2019 14:07 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-101 km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, 7-9 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-101 km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti