...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

İqtisadiyyat Materials 29 Noyabr 2019 20:25 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin dəvəti ilə Ankara şəhərində səfərdə olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin dəvəti ilə Ankara şəhərində səfərdə olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin əlilliyi olan şəxslər üçün Ankarada yerləşən, sağlamlıq imkanları məhdud uşaq və gənclərə, yaşlılara reabilitasiya yönümlü sosial xidmətlər göstərən mərkəzində müəssisənin iş təcrübəsi ilə tanış olub. Nazirliyin Əlilliyi olan şəxslərə və Ahıllara Xidmətlər Qurumunun fəaliyyətinə dair təqdimat edilib. Əlilliyi olan şəxslərə və ahıllara xidmətlər üzrə qurumun fəaliyyətindən, bu kateqoriyalardan olan insanlara qayğının və reabilitasiya xidmətlərinin təşkili, sağlamlıq imkanları məhdud uşaq və gənclərin təhsili, reabilitasiyası, sosial inteqrasiyası və s. mövzulardan, bu sahələrdə mövcud təcrübədən bəhs olunub.

Nümayəndə heyəti əlilliyi olan şəxslərə yönələn proqramlar, bu kateqoriyadan olan şəxslərin məşğullluğunun dəstəklənməsi, uşaqlara, ailələrə sosial dəstəyin göstərilməsi və s. istiqamətlərdə iş təcrübələri ilə yaxından tanış olub. Keçirilən təqdimatlar zamanı qeyd edilən sahələrdə Azərbaycan təcrübəsi barədə də ətraflı məlumatlar verilib, təcrübə mübadilələri aparılıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti