...

“Azəriqaz”da yeni təyinat olub

İqtisadiyyat Materials 3 Dekabr 2019 19:32 (UTC +04:00)
İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev əmr imzalayıb.
“Azəriqaz”da yeni təyinat olub

Bakı. Samir Əli - Trend:

“Azəriqaz” İstehsalat Birliyində yeni şöbə rəisi təyin edilib.

Qurumdan Trend-ə verilən məlumata görə, İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin bu gün imzaladığı əmrlə baş direktorun satış və istismar üzrə müavininin vəzifə səlahiyyətlərinin icrası Birliyin Mexanika və energetika şöbəsinin rəisi Cahid Əlsəf oğlu Hüseynova həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti