“Azərneftyağ” zavodunun ərazisi yaxın zamanda “Ağ Şəhər” layihəsinə təhvil veriləcək (FOTO)

“Azərneftyağ” zavodunun ərazisi yaxın zamanda “Ağ Şəhər” layihəsinə təhvil veriləcək (FOTO)

Bakı. Trend

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

SOCAR-dan verilən məlumata görə, layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernizasiya işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

Atmosfer havasının mühafizəsi

Modernizasiya nəticəsində ölkədə istehsal olunan yanacağın keyfiyyəti AVRO-5 standartına çatdırılacaq ki, bu da nəqliyyat vasitələri tərəfindən atmosferə tullantıların əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcək. Nəzərə alsaq ki, hazırda Azərbaycanda bu tipli tullantıların 80 faizindən çox hissəsi məhz nəqliyyat emissiyası nəticəsində əmələ gəlir, zavodun modernləşməsinin ətraf mühitə töhfə verəcəyi öz-özlüyünə aydın olar.

Layihənin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinə görə, NEZ-də quraşdırılan yeni qurğuların və müasirləşdirilən köhnə avadanlıqların istismar olunması ilə Beynəlxalq Maliyyə Korporasiyasının (Dünya Bankı Qrupu) Neftin emalı üçün ətraf mühit, sağlamlıq və təhlükəsizlik təlimatları tətbiq ediləcək ki, bu da həm əhalinin sağlamlığının, həm də atmosfer havasının qorunması işinə müsbət təsir göstərəcək. Layihə çərçivəsində eyni zamanda təxirəsalınmaz tədbir olaraq, atmosferə atılan emissiyalara həm NEZ, həm də səlahiyyətli orqanlar tərəfindən daimi nəzarət edilməsi məqsədilə onlayn monitorinq sistemi qurulacaq. Hazırda sistemin tətbiqi ilə bağlı beynəlxalq ekspertlərlə müzakirələr aparılır və texnologiyalar araşdırılır. Bundan əlavə, yeni Məşəl qurğusunun inşa edilməsi də emissiyaların atmosfer havasına və əhalinin sağlamlığına göstərdiyi təsiri minimuma endirəcəkdir.

İstehsalat tullantı sularının müasir qurğular vasitəsilə təmizlənməsi

Zavod ərazisində müasir ekoloji tələblərə cavab verən mexaniki təmizləmə, bioloji təmizləmə və sanitar suların təmizlənməsi bloklarından ibarət yeni Çirkab Suların Təmizlənməsi Qurğusunun inşası modernizasiya layihəsinin əsas tərkib hissələrindən biridir. Hazırda tikinti meydançasında qurğunun inşa edilməsi üçün hazırlıq işləri həyata keçirilir. Qurğu üzrə istehsalçı şirkət artıq müəyyələşdirilib. Burada leysan suları üçün 2 ədəd ehtiyat su hovuzunun, həmçinin mexaniki və bioloji su hovuzlarının inşası da nəzərdə tutulub. Qurğuda çirkab suları beynəlxalq standartların tələbindən də aşağı qatılığa qədər təmizlənəcək. Tam yeni atqı xətti vasitəsi ilə istehsalat suları axın sürətinin güclü olduğu akvatoriyada böyük su həcmi ilə qarışacaq ki, bu da təmizlənmiş suların durulaşmasını təmin edəcək.

Həmçinin, qurğunun çıxışında onlayn monitorinq sisteminin quraşdırılması tələb olunan qatılığın nəzarətdə saxlanılmasını təmin edəcəkdir.

Səs-küy səviyyəsinin azaldılması

Yaşayış zonaları üçün sanitar normalarına uyğun olaraq səs-küyün gündüz saatlarında (07:00-22:00) 65 db (A), gecə saatlarında (22:00-07:00) isə 45 db (A) olaraq təmin edilməsi üzərində işlər aparılır. Səs-küyün azaldılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müasir qurğulardan və səs-boğuculardan istifadə ediləcək.

Tikinti zamanı yaranan torpaq tullantılarının idarə edilməsi

NEZ-in modernizasiyası və yenidənqurması layihəsi çərçivəsində sahənin hazırlanması zamanı 670 000 m3 torpaq çıxarılmış və yenidənqurma işləri üçün zavod ərazisinin təqribən 32 [IA1] hektarlıq sahəsi nəzərdə tutulmuşdur.

Keçmiş “Azərneftyağ” zavodunun ərazisinin “Ağ Şəhər” layihəsinə təhvil verilməsi

XIX əsrin sonlarından fəaliyyət göstərən və vaxtilə Qara şəhərdə keçmiş Rusiya imperisyasının ən böyük neft emalı müəssisəsi olmuş "Azərneftyağ" zavodunun qurğuları və çənləri demontaj olunaraq, ərazisi yaxın zamanda “Ağ Şəhər” layihəsinə təhvil veriləcək.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

Rabitə Nazirliyi genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi üçün yeni texnologiyalar tətbiq edir
Rabitə Nazirliyi genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi üçün yeni texnologiyalar tətbiq edir
Ariane 5 raketinin buraxılışı avqustun 14-nə planlaşdırılıb
Ariane 5 raketinin buraxılışı avqustun 14-nə planlaşdırılıb
"İnstaqram"ın işində qüsurlar yaranıb
"İnstaqram"ın işində qüsurlar yaranıb
Loading Bars
Xəbər lenti
Livanın Kataib partiyasının lideri Beyrutdakı partlayış nəticəsində ölüb
Beyrutda güclü partlayış olub, ölənlər var (VİDEO) (ƏLAVƏ OLUNUB)
Metro avqustun 31-dək işləməyəcək
Bu şəxslər xidməti vəsiqələr əsasında rayonlara gedə bilərlər
ADY: Bakı-Tbilisi-Qars üzrə yükdaşımaların həcmi 127 min tondan çox artıb
Pakistanda “Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramına start verilib (FOTO)
Elçin Əhmədov: Azərbaycan diasporunun əlaqələndirilmiş fəalliyyəti erməni lobbisini çətin vaziyyətə saldı
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
DGK və ASK arasında Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib (FOTO)
Fransada pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edilib
AQTA ictimai iaşə müəssisələrinin nümayəndələri üçün videokonfrans keçirib (FOTO)
AZAL Çinin aparıcı həkimlərini Bakıya çatdırdı (FOTO)
Sevinc Həsənova: Dövlət büdcəsində nəzərdə tutulan azalmaların əhaliyə heç bir təsiri olmayacaq
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq və təmir işləri ilə tanış olub (FOTO)
Samir Şərifov: Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb
XİN: BMT Baş Assambleyasında COVID-19-a həsr olunmuş xüsusi sessiya davam edir
Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə edildi (FOTO)
Deputatlarımız Belarusda Prezident seçkilərini müşahidə edəcəklər
AQTA əməkdaşları əkin sahələrində fitosanitar müşahidələr aparıblar
Avqustun 5-də dolların manata qarşı məzənnəsi
MTRŞ-nın videoformatda iclası keçirilib
BNA əlavə olaraq 5 ekspres xətt təşkil edir
İngiltərədə “McDonald’s” restoranı bağlandı - İşçilər karantinə alındı
Monteneqro Azərbaycanı epidemioloji baxımdan təhlükəsiz ölkələr siyahısına daxil edib
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı, 5 nəfər öldü
Vüqar Rəhimzadə: İşğalçı dövlətə «dur!» deməyin zamanı çoxdan çatıb
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Vüqar Məmmədov: Azərbaycanın diaspor siyasətinin ən mühüm istiqaməti birləşmə, fəaliyyətin mərkəzləşdirilməsi və təşkilatlanmadır (MÜSAHİBƏ)
Şəffaflıq və optimallaşdırma DSMF-yə transferti daha 238 mln. manat azaldıb
Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb
AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...
Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı
“Bacarıqlı gənclər” festivalı keçiriləcək
ABŞ-da futbolçunun evində atışma: Yaralılar var
Prezident İlham Əliyev Yasamalda salınacaq yeni parkla bağlı: Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin
Zaqatalada içməli suyun verilməsi bərpa olunub
Prezident İlham Əliyev: Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər
Nurlanə Əliyeva: Bəxtəvər bəstəkar - əməkdar incəsənət xadimi Qəmbər Hüseynli (FOTO)
İstifadəyə yararlı çimərliklər hansılardır? - MONİTORİNQ
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
10 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzalayıblar
Samir Şərifov: Pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub
Bravoda Mastercardla ödə, yeni Lexusla get (FOTO)
Qazaxda içməli su və kanalizasiya problemi həll edilir (FOTO)
Rayonlara yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər buraxılacaq
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
“Torino”nun baş məşqçisi istefa verib
TƏBİB koronavirus testlərinin çatışmazlığı barədə iddialara münasibət bildirib
Mütəxəssis: İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər
Anar Əliyev: İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat sakinlərinə Qurban sovqatları paylanılıb (FOTO)
Yardımlıda "VAZ" yanıb
DSMF-nin gəlir və xərclərinin azalma səbəbi açıqlanıb (FOTO)
Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub
PAŞA Sığorta KASKO sığortası üzrə yeni endirim kampaniyasına start verir
Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilər
İranda daha 212 nәfәr koronavirusdan ölüb
Rabitə Nazirliyi genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi üçün yeni texnologiyalar tətbiq edir
Masazırda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Türkiyədə zəlzələ baş verib
Norveçdə kruiz laynerinin sərnişinləri koronavirusa yoluxub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar (FOTO) (YENİLƏNİB)
Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Sabah hava yağmursuz keçəcək, 35 dərəcəyə qədər isti olacaq
Almaniyada koronavirus pandemiyasının ikinci dalğası başlayıb
Yumşalma prosesi tədricən olmalı, sanitar-epidemioloji vəziyyətə uyğun mərhələli addımlar atılmalıdır - Deputat
AQTA ictimai iaşə müəssisələrinə müraciət etdi
Bolqarıstanda erməni əslli faşist Qaregin Njdeyə film çəkilib və heykəl ucaldılır (VİDEO)
Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurub - Dəymiş zərər aktlaşdırılır
Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO)
Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb
Azyaşlı azərbaycanlı bloger Ermənistanın faşist siyasətinə etirazını bildirib
Fransa mətbuatında Elçin Əmirbəyovla Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş müsahibə dərc edilib
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub (ƏLAVƏ OLUNUB)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb
Azərbaycan nefti bahalaşır
Kürdəmirdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib (FOTO)
Rusiyada koronavirusa yoluxanların sayı 860 min nəfəri keçib
Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir (FOTO)
Azərbaycanın zərgərlik sahəsi yeni səviyyəyə keçir
Meksikanın nüfuzlu mətbuat orqanı Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edib
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Koronavirusla bağlı futbolda yeni qayda pozuntusu əlavə edilib
Bir neçə rayona leysan yağıb, çaylardan sel keçib
Yetkinlik yaşına çatmayanların baxımsızlığı istiqamətində tədbirlər həyata keçiriləcək
Tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb
Ermənistanda koronavirusa yoluxanların sayın 39 mini keçib
Deputat: Koronavirusla bağlı müsbət dinamikanın saxlanması üçün qaydalara riayət etmək vacibdir
Biləsuvarda əxlaqsızlıq yuvası aşkarlandı
Tramp ABŞ tarixinin ən böyük səhvini açıqlayıb
Göyçayda mal-qara oğruları saxlanılıb
Qazax sakini ehtiyatsızlıqdan həyat yoldaşını güllələyib öldürdü
Bravoda Mastercardla ödə, yeni Lexusla get (FOTO)
BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır
Azərbaycanda qızıl və gümüş bahalaşıb
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
ABŞ Əfqanıstandakı hərbi kontingentini azaldacaq
Bütün xəbərlər