Bakı. Trend:
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti elektrik avadanlıqlarının mühafizə torpaqlamasının və elektrik kabellərinin izolyasiya müqavimətinin sınağının keçirilməsi xidmətlərinin satın alınması üzrə açıq müsabiqə elan edir.
Cəmiyyətdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtlərində göstərilən) (qiymət təklifi istisna olmaqla) 10 dekabr 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 20 dekabr 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 24 dekabr 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:
Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).