...

Azərbaycan AYİB-in investisiya yatırdığı ölkələrin ilk onluğunda yer alıb

İqtisadiyyat Materials 9 Dekabr 2019 07:15 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan 2018-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ümumi investisiya həcmi üzrə siyahının ilk 10-da yer alıb.

Trend-in AYİB statistik təqdimatına istinadən verdiyi məlumata görə, Azərbaycan balans hesabatında AYİB tərəfindən ayrılan 304 milyon avro məbləğində investisiya ilə Serbiya (396 milyon avro), Özbəkistan (397 milyon avro) və Rumıniya (443 milyon avro) kimi ölkələrdən sonra 10-cu yerdə qərarlaşıb.

Bankın ən çox investisiya ayırdığı ölkələr isə Misir (1.148 milyard avro), Türkiyə (1.001 milyard avro) və Yunanıstan (846 milyon avro) olub.

Ümumiyyətlə, AYİB 2018-ci ildə 395 layihəyə 9,5 milyard avro ayırıb. Bunlardan bir milyard avro Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin maliyyələşdirilməsinə yönəlib.

Qeyd edək ki, AYİB Azərbaycanda aparıcı investordur və bu günədək energetika, infrastruktur, bank işi, sənaye və kommersiya kimi sahələrə 3,3 milyard avroya yaxın investisiya ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti