...

“ASK Şüşə” MMC-yə biznes-tur (FOTO)

İqtisadiyyat Materials 13 Dekabr 2019 14:21 (UTC +04:00)
“Caspian European Club”un rəhbərliyi başda olmaqla nümayəndə heyəti “ASK Şüşə” MMC-yə biznes-tur təşkil edib.
“ASK Şüşə” MMC-yə biznes-tur (FOTO)

Bakı. Trend:

“Caspian European Club”un rəhbərliyi başda olmaqla nümayəndə heyəti “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC-yə biznes-tur təşkil edib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən Trend-ə verilən məlumata görə, səfər zamanı qonaqlara müəssisədə istehsal olunan məhsulların tam çeşidi nümayiş etdirilib və istehsal texnologiyası haqqında ətraflı məlumat verilib.

Müəssisə ilə tanışlıqdan sonra “Caspian European Club”un üzvləri ilə “ASK Şüşə” MMC-nin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə biznes-tur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tərəflər arasında gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb, ilkin razılaşma əldə olunub.

Qeyd olunmalıdır ki, “Caspian European Club” iş adamlarının ölkə və regionun iri dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlıq qurmaq imkanları ilə daha ətraflı tanış olması məqsədilə ənənəvi olaraq biznes-turlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti