...

Cavid Qurbanov: İşçilərin əməkhaqqında 2015-ci ildən 95 faiz artım var

İqtisadiyyat Materials 17 Dekabr 2019 11:22 (UTC +04:00)
İşçilərin əməkhaqqında 2015-ci ildən 95 faiz artım var
Cavid Qurbanov: İşçilərin əməkhaqqında 2015-ci ildən 95 faiz artım var

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycanda dəmir yollarında orta sürət 55 km üzərindədir.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, bu sürətin əldə edilməsi üçün 2015-ci ildən bəri xeyli işlər görülüb.

O bildirib ki, hazırda dəmir yollarında 20 minə qədər insan çalışır: "İşçilərin əmək haqqında 2015-ci ildən 95 faiz artım var. 2015-ci ilə qədər dəmir yollarında orta əməkhaqqı 130 manata qədər olubsa, indi 583 manata qədərdir. Ancaq bu son deyil. Dəmir yolunda yeni kadrlara üstünlük verilir, islahatlar aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti