...

Qadın sahibkarların əl işləri “Qış Bazarı” satış-yarmarkasında

İqtisadiyyat Materials 23 Dekabr 2019 16:07 (UTC +04:00)
Qadın sahibkarların əl işləri Şahdağ Turizm Mərkəzində təşkil edilmiş “Qış Bazarı” satış-yarmarkasında nümayiş olunur.
Qadın sahibkarların əl işləri “Qış Bazarı” satış-yarmarkasında

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qadın sahibkarların əl işləri Şahdağ Turizm Mərkəzində təşkil edilmiş “Qış Bazarı” satış-yarmarkasında nümayiş olunur.

Agentlikdən Trend-ə verilən məlumata görə, içik biznesin qadın nümayəndələri üçün ayrılmış xüsusi stenddə dekorativ tətbiqi sənət nümunələri, rəsmlər, müxtəlif materiallardan hazırlanmış işləmələr və s. məhsullar təqdim edilir.

Yarmarkada qadın sahibkarlar həmçinin, Şahdağ Turizm Mərkəzinə gələn yerli və xarici turistlərdən əl işlərinin hazırlanması üçün sifarişlər də qəbul edirlər.

“Qış Bazarı” satış-yarmarkası 15 yanvar 2020-ci il tarixinədək davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti