...

Hesab.az-da Xalq Bank kartı ilə ödənişlər qazandırır!

İqtisadiyyat Materials 27 Dekabr 2019 17:14 (UTC +04:00)
Yeni il ərəfəsində hər zaman olduğu kimi, Hesab.az bir daha istifadəçiləri sevindirməyə davam edir.
Hesab.az-da Xalq Bank kartı ilə ödənişlər qazandırır!

Bakı. Trend:

Yeni il ərəfəsində hər zaman olduğu kimi, Hesab.az bir daha istifadəçiləri sevindirməyə davam edir.

Trend-in məlumatına görə, Hesab.az portalının Xalq Bank ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi xüsusi kampaniyalar, təşkil etdiyi əlverişli aksiyalar mütəmadi olaraq istifadəçilərin üzündə təbəssüm yaradır.

Bu dəfə isə Yeni il ərəfəsində keçirilən Yeni il kampaniyasında 24 dekabr 2019-cu – 7 yanvar 2020-ci il tarixləri arası Hesab.az portalında Xalq Bankın ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar kart sahiblərinə müxtəlif növ hədiyyələr qazandıracaq. Bunun üçün Hesab.az səhifəsində qeydiyyatlı olaraq, həm veb səhifəsində, həm də mobil əlavədə kommunal, stasionar, mobil, kabel TV və internet ödənişlərini həyata keçirmək kifayətdir. ( bank, sığorta və qeydiyyatsız ödənişlər isitsna olmaqla). Nəzərdə tutulmuş məbləğ aralığında ödəniş edən istifadəçilər kampaniyada nəzərdə tutulmuş hədiyyələri - səsgücləndirici, powerbank və ya mobil linza qazanacaq.

Hesab.az-da Xalq Bank kartı ilə edilən Yeni il kampaniyası haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://bit.ly/3743RD5

Qeyd edək ki, 8 Yanvar 2020-ci il tarixdə kampaniyada iştirak edən istifadəçilərə Hesab.az tərəfindən mail və SMS vasitəsilə bildiriş göndəriləcək.

Məlumat üçün bildirmək istərdik ki, hər istifadəçinin yalnız 1 (bir) dəfə iştirak etmək hüququ var.

Hesab.az-da edilən yeniliklərdən ən birinci xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında ( https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/ ) izləməyi unutmayın.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet, QR kod ilə ödəniş, Parkinq ödənişləri və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti