...

Neftin qiyməti bahalaşdı

İqtisadiyyat Materials 3 Yanvar 2020 10:04 (UTC +04:00)
İraqda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra dünya bazarlarında neftin qiyməti kəskin bahalaşıb
Neftin qiyməti bahalaşdı

Bakı. Trend:

İraqda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra dünya bazarlarında neftin qiyməti kəskin bahalaşıb.

Trend-in məlumatına görə, “Brent” markalı neftin qiyməti təxminən 3 faiz artıb.

Belə ki, səhər saatlarında birjalarda “Brent” neftinin qiyməti 68.25 dollar/barel təşkil edib.

Analitiklər yaxın günlərdə neftin qiymətinin yüksək olacağını proqnozlaşdırır.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti