...

Bank VTB nağd pul krediti üzrə faiz dərəcələrini endirdib

İqtisadiyyat Materials 10 Yanvar 2020 17:00 (UTC +04:00)
VTB (Azərbaycan) nağd pul krediti üzrə şərtlərini yeniləyib.
Bank VTB nağd pul krediti üzrə faiz dərəcələrini endirdib

Bakı. Trend:

VTB (Azərbaycan) nağd pul krediti üzrə şərtlərini yeniləyib. Bank krediti endirilmiş faiz dərəcəsi – illik 18% ilə təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, bundan başqa, maliyyələşmənin müddəti də uzadılıb. İndi müştərilər maliyyə imkanlarına uyğun olaraq kredit üçün 6 aydan 48 ayadək müraciət edə bilər. Kreditin məbləği 300 manatdan 10 000 manatadək təşkil edir.

Krediti bankın istənilən filialından və ya məsafəli kanallar - internet və mobil bank, WhatsApp
( +99455 2140986), 986 nömrəli Çağrı mərkəzi, eləcə də bankın saytı vasitəsi ilə müraciət edərək əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti