Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək (FOTO)

Sosial islahatlar bu il də geniş miqyasda davam edəcək (FOTO)

Bakı. Trend:

2019-cu il sosial sahədə uğurlu islahatlar ili olmaqla, vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiq etdi. Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilməsinə təminat verir.

ƏƏSMN-dən Trend-ə bildirilib ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.

Nazir bildirib ki, 2019-cu ilin yekunlarına dair keçirilən müşavirədə dövlətimizin başçısı 2019-cu ildə çox geniş sosial paketin əhaliyə təqdim edildiyini qeyd edərək, "Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır" deyə bəyan edib.

2019-cu ilin yekunlarını qeyd edən S.Babayev sosial sahədə inqilabi addımların atılmasını, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. Sosial ödənişlərdə edilmiş ciddi artımların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib. O, 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını, bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artımın ediləcəyini deyib.

Bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu inovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib. 1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. "Könüllü DOST" proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır. Təsadüfi deyil ki, 2 saylı DOST mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev DOST xidmətinin fəaliyyətinin başqa ölkələrdə maraq doğuracağına və təcrübə mübadiləsi üçün müraciətlər daxil olacağına əminliyini bildirib.

Nazir cari ildə Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlərin aparıldığını deyib.

Bildirib ki, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb. Dövlət başçısının tapşırığına uyğun olaraq bu proqramların 2020-ci idə də genişləndirilməsi təmin olunacaq. Nazirliyin məşğulluq orqanları tərəfindən 103 028 şəxs münasib işlə təmin edilib, 3168 şəxs peşə hazırlığına, 135 minə yaxın vətəndaş peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. Ötən il 38 min ödənişli ictimai iş yerinin açılmasına imkan verən "İşsizin DOSTu" proqramı, eləcə də bu proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək.

Əmək müqavilələrinin sayında 2019-cu ildə 153 min artımın olduğunu qeyd edən S.Babayev bu artım dinamikasının 2020-ci ildə də davam etməsinin əsas hədəflərdən olduğunu deyib. O, sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sisteminin işə salındığını, bu əsasda cari ildə 200 minədək təyinatın e-qaydada aparılacağını diqqətə çatdırıb. 2019-cu ildə nazirliyin daha 13 e-arayış xidmətinin yaradıldığını və bu xidmətlərinin sayının 15-ə çatdırıldığını, 2020-ci ildə daha 15 e-arayış xidmətinin istifadəyə veriləcəyini diqqətə çatdırıb.

S.Babayev nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərildiyini, əlilliyi olan şəxslərin 38041 reabilitasiya vasitəsi ilə təmin olunduğunu deyib. O, ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının, Protez-Ortopedik Bərpa Mərkəzinin, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, Gəncədə Peşə Hazırlığı Mərkəzinin açıldığını, 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımından bəhs edən S.Babayev əsassız pensiya və əlillik təyinatlarının ləğvi, habelə geniş elektronlaşma proqramı nəticəsində büdcə vəsaitlərinə qənəat edilməsi, imtiyazlı şəxslərin mənzil və avtomobillə təminatı və digər sahələrdə əldə edilən müsbət nəticələri qeyd edib. Prezident İlham Əliyevin tapşırığına əsasən bu il daha 1500 mənzilin və fərdi evin müharibə əlilləri və şəhid ailələrinə veriləcəyini diqqətə çatdırıb.

Dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılmasının məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsində müsbət nəticələr verəcəyini bildirib.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Fuad Heydərov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov hesabat məruzələri ilə çıxış ediblər.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin yekunlarına dair müşavirədə verilən tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr, cari ildə sosial sahədə aparılacaq islahatlar, habelə dövlət başçısının Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün aparılan işlər müzakirə olunub. Nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib, sosial islahatların bu il də geniş miqyasda davam edəcəyi vurğulanıb.

Brilliant Dadaşova: İnsanlar qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar
Brilliant Dadaşova: İnsanlar qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar
Rəşad İlyasov: Aptek və marketə getmək zərurətiniz yoxdursa, küçələrə çıxmayın (VİDEO)
Rəşad İlyasov: Aptek və marketə getmək zərurətiniz yoxdursa, küçələrə çıxmayın (VİDEO)
Nəzakət Teymurova: 20 gün evdə qalmaqla heç nə itirmərik, əksinə, sağlamlığımızı qorumuş olarıq
Nəzakət Teymurova: 20 gün evdə qalmaqla heç nə itirmərik, əksinə, sağlamlığımızı qorumuş olarıq
Loading Bars
Xəbər lenti
Azərbaycan Prokurorluğunun kollektivi Ələddin Sultanovun vəfatı ilə bağlı başsağlığı verib
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
Təhsil Nazirliyi: Mənbəyi bəlli olmayan məlumatları bir-birinizə ötürməyin
“Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
Bakıda karantin rejimini pozan kafenin sahibi həbs edildi, müştəriləri cərimələndi (FOTO)
Naqif Həmzəyev gəncləri ”5 kitab danış, 1 kitab qazan”mağa dəvət etdi (FOTO)
UNEC əməkdaşının koronovirusa həsr etdiyi karikatura dünyanın ən yaxşı TOP 10-da (FOTO)
Sergey Markov: Azərbaycan əhalinin koronavirusdan qorunması məqsədi ilə ciddi addımlar atıb
Xüsusi karantin rejimini pozan şəxslər cərimə ediliblər (FOTO)
Möhlət Müslümov: Yaşından və statusundan asılı olmayaraq hər kəs xüsusi karantin rejiminə riayət etməlidir
Bələdiyyələrin su təsərrüfatı müəssisələrinə yeni vəzifə verilir
Ağstafada raket aşkarlanıb (FOTO)
Göygöldə gizlədilən tapança və 1 ədəd süngü-bıçaq aşkarlandı
ARDNF ötən ay 1 928,3 milyon dollar valyuta satıb
Baş Dövlət Yol Polisi Bakı-Sumqayıt yolunda yaranmış sıxlığa aydınlıq gətirdi (FOTO/VİDEO)
DSX: Düşmən tərəfi hərbi və mülki nəqliyyat vasitə­lərini və vətəndaşları atəşə tutub
“Petkim” koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb
Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib (FOTO)
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
Almaniyada yaşayan azərbaycanlı rəssam: Əziz həmyerlilərim, özünüzü və yaxınlarınızı qoruyun (VİDEO)
ETSN-də yeni təyinat olub
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
Aydın Hüseynov: Həyatda qalmaq istəyiriksə, qaydalara mütləq riayət etməliyik
Uşaqlara koronavirus barədə nə danışaq? - Komitə açıqladı (FOTO)
Azərbaycan İlahiyyat İnstitutunda distant təhsilə start verilib
Azərbaycanda 61 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb - Operativ Qərargah
BMT-nin baş katibindən təklif: Dünya iqtisadiyyatının 10 faizi həcmində pul çap edilsin
İran koronavirus diaqnozu testləri ixrac edə bilər
İspaniyada koronavirusa yoluxanların sayı 100 mini ötdü
Uşaq verilişləri zaman energetik içkilərin reklamı qadağan edilir
Böyük Britaniya Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır
Umayra Tağıyevaya yeni vəzifə verildi
Dövlət tərəfindən 292 mindən çox vergi ödəyicisinə dəstək veriləcək
İranda koronavirusdan ölənlərin sayı 3 mini keçdi
Rəsmi Berlin Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i və onun nəticələrini tanımır
Azərbaycanda xidmət sahələrində çalışan 87 min nəfərin əməkhaqqısı ödəniləcək
Sosial xidmət müəssisəsində ciddi profilaktik işlər aparılır (FOTO)
Qaradağda avtomobil aşdı: İki qardaş hadisə yerində öldü
Təhsil Nazirliyi: Dərslər sentyabrın 15-dək təxirə salınmayıb
Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir
Rabitəbank müştərilərinə xoş xəbər! Müddəti tamamlanan kartların vaxtını uzadır!
Aprel ayına olan hava proqnozu açıqlandı
BMT qurumları ÜST-lə birgə koronavirusla bağlı bəyanat yaydı
Elektrik enerjisindən güzəştli istifadə limiti artırılır
Azərbaycanda KİV-lərlə bağlı yeni qaydalar müəyyən edilir
Teledərslərin sabahkı cədvəli açıqlanıb
Əhalinin geniş təbəqələrinə sosial dəstək birdəfəlik ödənişlərdə özünü əks etdirə bilər - Elşad Məmmədov
İranda daha iki rəsmi şəxs koronavirusdan öldü
“Azersun Holding” jurnalistlərə təşəkkür videoçarxı hazırladı (VİDEO)
Rusiyada daha 440 nəfər koronavirusa yoluxdu
İqtisadiyyat Nazirliyi koronavirusun təsirinin azaldılması məqsədilə hazırlanmış proqramların detallarını açıqladı
A-Qroup tənha yaşlılara yardım etdi (FOTO)
Hesab.az-dan Visa Kart sahiblərini sevindirən kampaniya!
"Atəşgah" Sığorta Qrupu müştəri - əməkdaş arasında məsafəni qoruyaraq iş prosesini yeni yanaşma ilə davam etdirir
Piter Teys: Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” misli görünməmiş təxribat aktıdır
NATO Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır
Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib
Sabah Bakıda intensiv yağış yağacaq
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlandı
İranda 8 apreldən sonra bütün fəaliyyətlər bərpa edilə bilər
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva: Bizim hamımız, demək olar ki, hər birimiz görülən tədbirləri, sərf olunan əməyi dəstəkləməsək, vətəndaş, sadəcə insan məsuliyyəti nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər
İƏT işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır
Göygöldə 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM
Əli Əhmədov: Dağlıq Qarabağda qondarma “seçki” tanınmır və tanına bilməz
Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb
Brilliant Dadaşova: İnsanlar qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar
Ermənistanda koronavirusa yoluxanların sayı 600 nəfərə çatır
Koronavirus Tehranda faciəyə səbəb ola bilər
Tələbələrin məsafədən təhsili üçün yeni imkan yaradılıb
PAŞA Sığortadan sığortalılar üçün tamamilə ödənişsiz "Psixoloji konsultasiya" xidməti!
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
Azərbaycan həkimləri Türkiyə universitetində koronavirusla əlaqədar təlim keçəcək
AmCham koronavirusla mübarizəyə dəstək verir
Təhsil Nazirliyi teledərslərin vaxtının az olmasının səbəbini açıqlayıb
Tərtərdə 10 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur (FOTO)
Türk Şurası Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i pisləyir
Tailandda koronavirusla bağlı 1 aprel zarafatı edən şəxslər həbs olunacaq
BNA: Bütün marşrut avtobuslarının intervalı sərnişin axınına uyğun tənzimlənəcək
AQTA: Normadan artıq şəkər istehlakı immun sistemini zəiflədir
Yeməyinizi sifariş edin, Kartmane ilə ödəyin və 5% cashback qazanın!
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verilməyib
Gürcüstan XİN Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb
Rəşad İlyasov: Aptek və marketə getmək zərurətiniz yoxdursa, küçələrə çıxmayın (VİDEO)
Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək
UNEC onlayn idarəetməyə keçdi (FOTO)
Fransada koronavirusa yoluxan azərbaycanlı səhhətindən danışdı
Ermənistan silahlı qüvvələri atəşkəsi 24 dəfə pozub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Cərrahi əməliyyat zamanı pandemiyadan qorunmağın yolları açıqlandı
Retail Group Azərbaycan şirkətindən öz işçilərinə dəstək
Aprelin 1-də xarici valyutaların manata qarşı məzənnələri
Rahib Azəri: Evdə qalmaqla həm özümüzü və ailə üzvlərimizi, həm də cəmiyyətimizi qorumuş olarıq (VİDEO)
Nyu-Yorkda koronavirus qurbanlarının sayı 1000-i ötüb
Subaru Yaponiyada zavodlarının işini dayandıracaq
İtaliyanın Ferrara şəhərinin sakinlərində koronavirusa qarşı immunitet aşkarlanıb
Bütün xəbərlər