...

Azərbaycan Livana fındıq ixrac etdi - İlk nəticələr

İqtisadiyyat Materials 20 Fevral 2020 09:04 (UTC +04:00)
Azərbaycan 2019-cu ildə 20 min ton civarında fındıq ixrac edib.
Azərbaycan Livana fındıq ixrac etdi - İlk nəticələr

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan 2019-cu ildə 20 min ton civarında fındıq ixrac edib.

Bu barədə Trend-ə açıqlamasında Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. Onun sözlərinə görə, fındıq ixrac olunan ölkələr arasına bu ildən Livan da daxil olub:

"Bu il ölkəmiz xaricə 125 milyon dollar dəyərində 20 min ton civarında fındıq ixrac edib. Ötən ildən etibarən Livana 100 min dollar dəyərində 20 tona yaxın məhsul göndərilib".

İ.Orucov bildirib ki, Azərbaycandan ən çox fındıq Rusiya, Almaniya və İtaliyaya ixrac olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti