...

Bakı Limanı sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elanının vaxtını uzadıb

İqtisadiyyat Materials 24 Fevral 2020 18:00 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elanının vaxtı uzadılıb.
Bakı Limanı sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə  açıq müsabiqə elanının vaxtını uzadıb

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elanının vaxtı uzadılıb.

QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (qiymət təklifi istisna olmaqla) 5 mart 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 mart 2020-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 10 mart 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Əlaqə telefonları: 599-00-03 (1402).

Satınalma Komissiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti