Bakı. Trend:
Azərbaycan hökuməti Neft Daşlarında çalışan işçilərlə bağlı qərar qəbul edib.
Trend-in məlumatına görə, bunu İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Kabinet rəsmisi bildirib: "Anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır. Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər".
İ.Məmmədov qeyd edib ki, neftçilər həm öz ailələrini, iş yoldaşlarını yoluxma təhlükəsi altına qoymamaq üçün onlar öz növbə vaxtlarını uzatmağa razılaşıblar.