...

Azərbaycan Gürcüstana maska istehsalı üçün xammal tədarük edib

İqtisadiyyat Materials 15 Aprel 2020 16:32 (UTC +04:00)
Azərbaycan Gürcüstana maska istehsalı üçün xammal tədarük edib

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstan Xarici İşlər Nazirliyi və Gürcüstanın Azərbaycandakı səfirliyinin iştirakı ilə Qurumlararası Koordinasiya Şurasının sərəncamı əsasında Azərbaycandan Gürcüstana tibbi məqsədlərlə 500 min metr cuna parçası çatdırılıb.

Trend-in məlumatına görə, ümumilikdə Azərbaycandan Gürcüstana 1,65 milyon metr cuna ixrac edilib.

Bundan başqa, Azərbaycan hökumətinin köməyi və "AZAL" aviaşirkətinin iştirakı ilə Çindən Gürcüstana xüsusi tibb avadanlığı çatdırılıb.

Qeyd edək ki, bu günədək Gürcüstanda 306 nəfər koronavirusa yoluxub, 3 nəfər həyatını itirib. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti