...

Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır

İqtisadiyyat Materials 20 Aprel 2020 10:06 (UTC +04:00)
Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Latın Amerikası ölkələri arasında Meksika Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Bu barədə Trend-ə Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Cari ilin ilk iki ayı Meksika-Azərbaycan ikitərəfli ticarəti üçün xüsusən məhsuldar olub.

2020-ci ilin yanvar ayından fevral ayınadək ikitərəfli ticarətin artımı 56.67% təşkil edib. 2019-cu ilin fevral ayı ilə müqayisədə isə ticarət mübadiləsinin artımı 370% olub. Bu tendensiyanın saxlanacağı təqdirdə Meksika-Azərbaycan ticarəti 2020-ci ildə öz tarixi yüksəlişinə - 80 milyon USD-dən artıq rəqəmlərə çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti