Azərbaycanda banklar kreditlə bağlı hansı güzəştləri edəcək? - Mərkəzi Bank açıqladı

Azərbaycanda banklar kreditlə bağlı hansı güzəştləri edəcək? - Mərkəzi Bank açıqladı

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla müvafiq qərar qəbul edib.

Trend-in məlumatına görə, bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan müvafiq tədbirlərlə sinxronlaşdırılmaqla bərabər, eyni zamanda daha geniş istiqamətləri, o cümlədən fiziki şəxslərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyasını, dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələləri də nəzərdə tutur.

Qeyd edilir ki, pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi istiqamətində İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi iqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilmiş, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yaradılacaq. Banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcək.

Eyni zamanda, 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiya imkanlarının yaradılması nəzərdə tutulur. Bu tədbir nəticəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilmiş 1 mlrd. manat həcmində biznes kreditləri üzrə 10 minə yaxın iş adamının güzəştlərdən faydalanması üçün imkan yaranacaq.

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq. Bu tədbir nəticəsində 1.1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın sayda borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.

Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə ediləcəkdir və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcəkdir. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək və borcalanlar tərəfindən kredit təşkilatlarına ödənilməsi təmin edilməlidir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yaratmaq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur.

Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.

Bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması istiqamətində tibbi ləvazimat və avadanlıqlar istehsalçılarına verilən kreditlərin risk səviyyəsi 100%-dən 20%-ə qədər azaldılacaq və beləliklə bu sahəyə banklar tərəfindən daha ucuz və daha az kapital sərf etməklə kredit ayırmağa imkan yaradılacaq.

İqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsini nəzərə alaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə 30 sentyabr 2020-ci il tarixinədək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50%-ə qədər endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50%-ə qədər endirilməsi tədbirləri nəzərdə tutulur.

Pandemiya şəraitində iqtisadi aktivliyin azalması sığorta bazarında sığorta haqlarının həcminə də mənfi təsir etməkdədir. Digər tərəfdən sığorta olunanlarla sığortaçılar arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinə çıxışın məhdudlaşmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması istiqamətində də tədbirlər nəzərdə tutulur.

Könüllü sığorta müqavilələri üzrə karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 30 sentyabr 2020-ci il tarixinə kimi möhlət verilməsi, habelə sığorta xidmətlərinin elektron vasitələrdən effektiv istifadə etməklə göstərilməsi sığortaçılara tövsiyə edilib.

Karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə sığorta haqlarının ödənilməsində veriləcək möhlətlər ilə bağlı olaraq sığorta şirkətlərinə münasibətdə ilin sonunadək müvafiq requlyativ yumşalmalar tətbiq ediləcək.

Mərkəzi Bank tərəfindən koronavirus pandemiyasının kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu məqsədlə investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərin görülməsi 1 yanvar 2021-ci ilədək, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə 30 sentyabr 2020-ci ilədək uzadılacaq. Bununla yanaşı qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılıb.

Eyni zamanda, Milli Depozit Mərkəzinə səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflərin 30 sentyabr 2020-ci ilədək investorlardan tutulmaması, Bakı Fond Birjasına isə emitentlərdən korporativ istiqrazlar üzrə listinq tariflərini 1 yanvar 2021-ci il tarixinədək tutulmaması və qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlərin sayının minimallaşdırılması tövsiyə ediləcək.

Qeyd olunan tədbirlər kapital bazarı iştirakçılarının requlyativ yükünü yüngülləşdirməklə investorun tranzaksiya xərclərinin optimallaşıdırılmasını və dövlət qiymətli kağızlar bazarında təkrar bazar əməliyyatlarının daha çevik aparılmasını təmin edilib.

Bütövlükdə nəzərdə tutulan tədbirlər pandemiya şəraitində biznesə və əhaliyə göstərilən maliyyə xidmətlərinin fasiləsizliyinin təmin olunmasına, iqtisadiyyatın kreditləşməsinin davam etdirilməsinə, maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunmasına şərait yaradacaq.

Bütün qeyd olunan tədbirlərin (tədbirlər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar – https://uploads.cbar.az/press-releases/4abaa71e03055090a17e75d89.pdf) səmərəli icrasını təmin etmək üçün əlaqədar dövlət orqanları və maliyyə sektorunun iştirakçıları, maliyyə xidmətlərinin istehlakçıları ilə birlikdə sıx koordinasiya işi qurulacaq və əldə olunan nəticələr barədə cəmiyyət davamlı olaraq məlumatlandırılacaq.

Azərbaycan qazı Avropanın qaz idxalının azalmasını kompensasiya edib
Azərbaycan qazı Avropanın qaz idxalının azalmasını kompensasiya edib
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 148 faiz yerinə yetirib
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 148 faiz yerinə yetirib
Loading Bars
Xəbər lenti
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Ermənistanda anti-Rusiya isterikası davam edir
Nazirlər Kabineti maaş və pensiyaların artılıması ilə bağlı sərəncamın icrasına başlayıb
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)
İranda daha 181 nəfər koronavirusdan öldü
Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM
Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini
30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verdi
Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
Rusiyada koronavirusdan ölənlərin gündəlik sayı mini keçib
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var
Zığda 20 ton zeytun yığılıb
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb
Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev
Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir (VİDEO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Sabirabadda 4 otaqlı ev yanıb
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Qazaxıstanda koronavirusa daha 1 900 nəfər yoluxub
Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb (FOTO)
Yaponiyanın yeni baş naziri ABŞ-a səfər etmək istədiyini bildirib
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Bütün xəbərlər