...

Azərbaycan nefti bahalaşır

İqtisadiyyat Materials 5 May 2020 12:23 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 19,32 dollar/barel olub
Azərbaycan nefti bahalaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 4-də 24,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 22,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 22,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 19,32 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti