...

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb

İqtisadiyyat Materials 14 May 2020 22:45 (UTC +04:00)
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb
Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 11,3 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 99 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 4 098 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 40,3 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti