...

155 qlobal korporasiya birləşərək COVID-19-dan sıfır itki ilə çıxmağı təklif edir

İqtisadiyyat Materials 22 May 2020 16:16 (UTC +04:00)
155 qlobal korporasiya birləşərək COVID-19-dan sıfır itki ilə çıxmağı təklif edir

Bakı. Trend:

2,4 trilyon ABŞ dolları dəyərində kapitalı və 5 milyondan çox işçisi olan 155 qlobal şirkət öz güclərini səfərbər edərək dünya hökumətlərini COVID-19 - dan sonra iqtisadiyatın inkişafında iqlimin bərpasına çağıran bir bəyanat imzalayıb.

Trend-in məlumatına görə, şirkətlərə, fəsadları effektiv şəkildə həll etmək üçün iqtisadiyyatın yenidən qurulması ilə bərabər, 2050-ci ilə qədər sıfır tullantılara nail olmaq öhdəliklərini yerinə yetirmələri qəti şəkildə tövsiyyə olunur. Bu əməkdaşlıq gələcəkdə fövqəladə hallara və təbii fəlakətlərə qarşı həssaslığı azaltmağa və cəmiyyətin dayanıqlığını gücləndirməyə kömək edəcəkdir. Onlar hesab edirlərki sıfır karbohidrogen tullantıları olan davamlı iqtisadiyyat sistemli şəkildə qurulmalıdır.

Dunya, koronavirus (COVID-19) nəticəsində insanların həyatını və rifahını məhv edən, tədarük zəncirini pozan, bərabərsizliyi əhəmiyyətli dərəcədə gücləndirən və davamlı inkişaf hədəflərinə çatmağa mane olan qlobal bir pandemiya ilə qarşılaşdı. Eyni zamanda qlobal iqlim böhranı səbəbindən o, insanlar və bütün təbii sistemlər üçün mənfi təsirlərə səbəb olmaqda davam edir. Bu bir-biri ilə əlaqəli böhran vəziyyətlərində onlardan yalnız biri ilə mübarizə aparmaq mümkün deyil. Əhalinin sağlamlığı planetin vəziyyətindən asılıdır. Hər iki problem həll olunmalıdır.

İddialı hədəfləri həyata keçirərək, dünya səviyyəsində havanın 1,5 ° C-dən yuxarı qalxmamasına çalışmalıyıq ki, bu da əhalinin sağlamlığı və təhlükəsizliyini, həm də planetin təhlükəsizliyini təmin edəcəkdir.

Bu çağırış, Elmi Nailiyyətlərə Əsaslanan Hədəflər təşəbbüsü (SBTi) və 1,5°C kampaniyasının tərəfdaşları, BMT-nin Qlobal Sazişi və We Mean Business (Biznesi nəzərdə tuturuq) koalisiyası tərəfindən edilib. CDP (İnkişafın Planlaşdırılması Komitəsi), BMT-nin Qlobal Sazişi, Dünya Resursları İnstitutu və WWF (Ümumdünya Təbiəti Mühafizə Fondu) tərəfindən qiymətləndirilir və təsdiqlənir.

Azərbaycanda Holcim kimi tanınan, LafargeHolcim şirkəti bu bəyanat imzaladı. Şirkəıtin Baş Direktoru Jan Jenisch qeyd edib: “Bu öhdəliyi əsas götürərək bu hərəkata qoşulmaqdan qürur duyuruq. LafargeHolcim daha az karbon emissiyaları üzrə tikinti şirkətləri arasında liderdir. Əməliyyatlarımızdan tutmuş məhsullarımıza və həll yollarımıza qədər bütün dünyada davamlı həyatı təmin etməyə çalışırıq. Hərtərəfli yanaşma ilə baxsaq, təmiz mühitə dəstək verərək, 2019-cu ildə fəaliyyətimizi gücləndirmək üçün 40 milyon tondan çox tullantını təkrar emal etdik. Birgə işimizlə daha sağlam bir dünya qurmağa çalışacağıq. Biz indi həmişəkindən daha çox bu misli görünməmiş sağlamlıq böhranı ilə davamlı bərpa ehtiyacları arasındakı nöqtələri birləşdirərək liderlik nümayiş etdirmək istəyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti