...

Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var - Siyavuş Novruzov

İqtisadiyyat Materials 6 Avqust 2020 12:00 (UTC +04:00)
Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var - Siyavuş Novruzov

Bakı. Elçin Mehdiyev - Trend:

Naxçıvan blokadadır. Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib: "Naxçıvan ayrılan az vəsaitlə sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın, yoxsa Ermənistanla döyüşsün? Biz bu gün Naxçıvanı qorumalıyıq. Bu gün ordumuz Naxçıvanda Türkiyə ilə birlikdə təlimlər aparır. Üçüncü oxunuşa qədər bu məsələyə yenidən baxılsın, Naxçıvana kifayət qədər vəsait ayrılsın. Bu gün blokada şəraitində olan Naxçıvanın qorunması çox vacibdir. Oradakı insanlar məhsulu heç yerə çıxara bilmir. İranla, Türkiyə ilə də yol bağlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti