...

Pandemiya dövründə Bakıda əhali bu məhsullara daha çox pul xərcləyib

İqtisadiyyat Materials 26 Avqust 2020 18:17 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 11 milyard 741,6 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 5 milyard 682,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 6 milyard 059,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 30,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti