...

BP Azərbaycan ərazisində hərbi əməliyyatların genişləndirilməsindən narahatdır (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 7 Oktyabr 2020 16:12 (UTC +04:00)
BP Azərbaycan ərazisində hərbi əməliyyatların genişləndirilməsindən narahatdır (ƏLAVƏ OLUNUB)

Bakı. Ləman Zeynalova – Trend:

Biz Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq.

Bu barədə Trend-in sorğusuna cavab olaraq BP şirkəti məlumat verib.

Şirkətdən bildirilib: “Biz Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq. Xüsusilə də dünən Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq. Azərbaycanda əməliyyatçısı olduğumuz bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik.

Bir daha, biz Azərbaycanda mülki yaşayış yerlərinə və infrastruktura hücumlardan çox narahat olduğumuzu bildiririk və çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri çərçivəsində öz ədalətli həllini tapacaq".

XXX

10:07

Hazırda “BP Azərbaycan” şirkətinin regionda bütün biznes əməliyyatları adi rejimdə davam edir.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Şirkətdən bildirilib: “Biz Azərbaycan ərazisində hərbi əməliyyatların eskalasiyasından dərin narahatlığımızı ifadə edirik və ümid edirik ki, münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapacaq”.

Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə kasset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb. 300+ kasset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə ziyan dəyməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti