...

Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır

İqtisadiyyat Materials 21 Oktyabr 2020 14:30 (UTC +04:00)
Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu ilin ötən dövründə 8 minə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onlardan artıq 3200-dən çox şəxsə biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb.

2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi nəzərdə tutulub. Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkünlərə, ünvanlı sosial yardım alan ailələrin üzvlərinə, qadınlara daha çox üstünlük verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti