...

Bakı-Kiyev çarter reysləri açılır

İqtisadiyyat Materials 3 Dekabr 2020 14:25 (UTC +04:00)
Bakı-Kiyev çarter reysləri açılır

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Ukraynanın Beynəlxalq Hava Yolları" aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildiriblər.

Uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək.

Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.
Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti