Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks artıq Çin Xalq Respublikasına ixrac olunur.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "“ADY Express" MMC-dən bildiriblər. MMC həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirir.
Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırıldıqdan sonraə dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.
İlkin olaraq 2020-ci il noyabr-dekabr aylarında layihə üzrə 27000 ton koks-un daşınması nəzərdə tutulur ki, artıq 245 vaqonla 15742 ton yükün nəqli həyata keçirilib. Qeyd edək ki, vaqon təminatı "Azərbaycan Dəmir Yolları" QSC və “ADY Express” MMC tərəfindən aparılır.
Azərbaycandan Çinə bu növ yüklərin davamlı nəqli nəzərdə tutulur.