...

Rusiya daha 15 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib

İqtisadiyyat Materials 29 Dekabr 2020 21:35 (UTC +04:00)
Rusiya daha 15 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib

Bakı. Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") 1 yanvar tarixindən etibarən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verir.

Trend-in məlumatına görə, bu barədə Xidmətdən bildirilib.

Bildirilib ki, aparılan danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumatlara uyğun olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti ilə 2021-ci il yanvarın 1-dən etibarən Cənubi Amerika pomidor güvəsinin aşkar edilmədiyi ərazilərdə yerləşən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün hesab edilib.

Qeyd edək ki, bundan əvvəl Rosselxoznadzor daha 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti