Ərazi bütövlüyünün bərpası iqtisadi artıma təkan verəcək - Vüsal Qasımlı

Ərazi bütövlüyünün bərpası iqtisadi artıma təkan verəcək - Vüsal Qasımlı

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda müşavirə keçirilib. “2020-ci ildə Azərbaycan iqtisadiyyatı məşhur alim Nassim Talebin dediyi kimi “anti-kövrəklilk” göstərdi, şoklara qarşı adekvat reaksiyası ilə bütün çağırışlara cavab verdi və immunitetini daha da gücləndirdi”.

Trend xəbər verir ki, bu sözləri deyən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, “Gallup International”ın son sorğularının nəticəsinə əsasən dünyada iqtisadi nikbinlik indeksinə görə Azərbaycan ilk üçlükdə qərarlaşıb: “Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Ordumuzun qələbəsi özgüvəni və inamı artırıb ki, bu da iqtisadi inkişafımıza töhfə olacaqdır.”

V.Qasımlı qeyd edib ki, 2020-ci ildə iqtisadiyyatda geriləmə fonunda bəzi sahələrdə artımın keyfiyyəti yüksəlib: “İqtisadi geriləmənin 4 faizdən artıq olduğu halda qeyri-neft-qaz sənayesinin modern texnologiyaları tətbiq etməklə 11 faizdən artıq yüksəlməsi, bu sektorun iqtisadiyyatda xüsusi çəkisini 16 faizdən çox edib. Daha çox yeni dəyər yaradan sənayeləşmə isə iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, Harvard Universitetinin hesabladığı “iqtisadi mürəkkəblik indeksi”ni yüksəldir. Emal sənayesində kimya, əczaçılıq, metallurgiya, elektron, optik, rezin, plastik kütlə məhsullarının istehsalının əhəmiyyətli artması idxalın əvəzlənməsi, ixracyönümlülük və dəyər zəncirlərinə qoşulmaq baxımından vacibdir. Neft hasilatının azalması fonunda TAP-ın istifadəyə verilməsilə Azərbaycanda qaz hasilatının ilbəil yüksəlməsi və iqtisadi artımı dəstəkləməsi proqnozlaşdırılır.

Aqrar sahədə də artım daha çox ekstensiv deyil, intensiv yollarla baş verib, pambıq, tütün, tərəvəz, şəkər çuğunduru, taxıl kimi sahələrdə məhsuldarlıq göstəriciləri yüksəlib. 2020-ci ildə həm də innovativ sahə olan informasiya və rabitə xidmətləri də az da olsa artım tempini qoruya bilib. 2020-ci ildə pandemiya səbəbindən dərin geriləməyə məruz qalmış turizm, nəqliyyat, logistika, tikinti, ictimai iaşə, ticarət kimi sahələrin bu ildən başlayaraq bərpası sahəyə dövlət dəstəyi, sahibkarlıq təşəbbüsləri, sərmayə cəlbi, yeni bazarlara çıxış və yeni biznes modellərin tətbiqi ilə mümkündür.”

V.Qasımlının sözlərinə görə, 2020-ci ildə iqtisadi artımın keyfiyyət dəyişikliyi ilə yanaşı dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və struktur islahatları baxımından addımlar atıldı: “2020-ci ildə siyasi dialoqun dərinləşməsi, kadr islahatlarının aparılması, korrupsiya ilə mübarizə, yeni parlamentin formalaşdırılması, Nazirlər Kabinetinin işinin təkmilləşdirilməsi, yeni iqtisadi iqtisadi siyasət çərçivəsi - İqtisadi Şuranın və işğaldan azad edilən ərazilər üzrə Əlaqələndirmə Qərargahının yaradılması, su resurslarının idarə edilməsinin təkmilləşdirilməsi, Dövlət İnvestisiya Holdinqinin və YAŞAT fondunun fəaliyyətə başlaması, dövlət idarəçiliyində səmərəliliyin, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlər mühüm oldu. Dünyada rəqabət idarəetmə sistemləri arasındadır. Bu baxımdan dövlət idarəetmə islahatlarının aparılması ümumi iqtisadi səmərəliliyə xidmət edir.

2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan dövləti eyni vaxtda bir neçə böhranın uğurla idarəedilməsi təcrübəsini ortaya qoydu.” “Azərbaycan 2020-ci ildə iqtisadi geriləmənin və sosial rifahın düşməsinin daha kəskin olmasının qarşısını almaq üçün yalnız öz resurslarına əsaslandı, manatın sabitliyini qorudu, inflyasiyanı aşağı həddə saxladı, dövlət borcunun artmasına və strateji valyuta ehtiyatlarının kəskin azalmasına imkan vermədi, cari əməliyyatlar hesabı aşağı neft qiymətlərinə baxmayaraq tarazlığını qorudu. Hətta maliyyə-bank sektorunda 2020-ci ilin ilk yarısında yaranan neqativ trendlər, ilin ikinci yarısında müsbətə doğru dəyişdi, böhran bu sektora “sıçraya” bilmədi. 2020-ci ildə “fiskal fəza”dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mәrkәzi Bank tәrәfindәn ünvanlı likvidlik dәstәyinin göstәrilmәsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü dedi. 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların 2020-ci ildə 3 milyard manatlıq maliyyə yükü ilə yanaşı, həm də 3,5 milyard manat civarında anti-pandemiya büdcəsi formalaşdırıldı. Beləliklə, iqtisadiyyatın daha az ziyan çəkməsi onun daha tez bərpası imkanını yaradır.”

V.Qasımlı deyib ki, Qarabağın meşə, su, torpaq, faydalı qazıntı və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması, həmçinin yeni reallığa uyğun olaraq regional nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi böyük artım potensialına malikdir: “Müzəffər Ali Baş Komandan və ordumuzun yaratdığı yeni reallıq ölkə iqtisadiyyatının növbəti 10 ildə iki dəfə artırılmasına inamı gücləndirir. Xüsusən də Qarabağda yaşıl enerji, dağ-mədən, metallurgiya, emal sənayesi, aqrar sahə və turizm kimi sahələr həm dövlət, həm də özəl yerli və xarici sərmayələr hesabına inkişaf etdiriləcək. Dünya Bankının “Doing Business” hesabatında dünyanın ən islahatçı 10 ölkəsindən biri olan Azərbaycanın əldə edilmiş qələbəmizi sistemli və davamlı islahatlarla yeni imkanlara çevirməsi mümkündür.”

Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Loading Bars
Xəbər lenti
Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb
Ədliyyə orqanlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
İordaniyada Xocalı soyqırımı ilə əlaqədar anım gecəsi keçirilib (FOTO)
“Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib (FOTO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Rektor Şahin Bayramov Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı açıqlama verib
Ankarada Xocalı soyqırımına həsr olunan anım mərasimi keçirilib
Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət etdi (FOTO)
Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb
Estoniyadan diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq olundu
Ermənilər hamilə əmim qızını öldürdülər - Faciədə hər iki valideynini itirən Xocalı şahidi
ADU-nun Tərcümə fakültəsində “Xocalı soyqırımından Qarabağ zəfərinə” adlı tədbir keçirilib
"ADY Container" MMC Türkmənistandan Türkiyəyə kükürd daşıyır
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbəsidir - Hikmət Hacıyev
Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
Qazaxıstan və Azərbaycan “Satti” qurğusunun quyu qazması barədə razılıq əldə edib
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Azərbaycan Prezidenti: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı
Tbilisidə Xocalıya həsr edilmiş anım mərasimi və fləşmob təşkil edilib (FOTO)
AMEA-da virtual laboratoriyalar yaradıla bilər
BTC vasitəsilə Türkiyəyə neft nəqli azalıb
Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO)
AHİK Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Azercell ilə TikTok indi daha əlçatandır!
Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)
Bütün ölkədə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub (FOTO)
Ermənistan prezidenti Paşinyana qarşı çıxdı: Baş qərargah rəisi vəzifəsində qalır
Azərbaycan Prezidenti: Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir
Azərbaycan könüllüləri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat veriblər
Prezident İlham Əliyev: Azərbaycana xoş gəlmisiniz plakatı nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur
Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üçün plan hazırlayır
Prezident İlham Əliyev: 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır
Varşavada Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Xocalı həqiqətləri Avropanın nüfuzlu media orqanında
Azərbaycan Prezidenti: Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz, bunlar terrorçu və təxribatçılardır
Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır - Mariya Zaxarova
Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir - Deputat
Yeni və təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri yekunlaşıb
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "www.khojalytoday.com" saytı təqdim edilib (FOTO/VİDEO)
Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb
ABŞ-ın Sanni Ayles Biç şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib (FOTO)
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirə qatılıb
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
Dinc sakinlərə qarşı aqressiya bunu törədənin zəifliyinin göstəricisidir - Rusiyalı ekspert
Danimarka rəsmilərinin diqqəti Xocalı soyqırımına cəlb edilib
“Muğanbank” ASC-nin reytinqləri üzrə proqnoz yenidən baxılaraq, “Neqativ”-dən “Stabil”-ə dəyişdirilmişdir
Portuqalıya kinoşirkəti “STORY of KHOJALI” adlı film ekranlaşdırıb (VİDEO)
Azərbaycanda 180 nəfər COVID-19-dan sağalıb, 219 nəfər yoluxub, 4 nəfər vəfat edib
Qəbələdə ağac kəsən şəxs cəzalandırılıb
Srebrenitsa anaları Ağdamda olublar (FOTO)
Əfv komissiyası hansı müraciətlərə baxıb?
Xocalı faciəsinin 29-cu ildönümü Bolqarıstanda anılıb (FOTO)
Şirvanda qadını öldürməkdə şübhəli bilinən şəxslər tutuldu
Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Naqif Həmzəyev “A Haber” televiziya kanalında Xocalı soyqırımından danışıb (FOTO/VİDEO)
Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib (FOTO)
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib (FOTO)
ADU-nun Çinşünas tələbələri Xocalı faciəsini yad edib (FOTO)
Prezident İlham Əliyev 4 saatdan çox davam edən konfransda 50-yə yaxın sualı cavablanıdırb
Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror
Azərbaycan Prezidenti: Təəssüf ki, vaksinlər dünya ölkələri arasında ədalətli bölünmür
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib: Rekorda imza atdınız (VİDEO)
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Seulda silsilə tanıtım və məlumatlandırma aksiyaları davam etdirilib (FOTO)
Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert
Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda və regionlarda ağaclar əkilib (FOTO)
Vətəndaşlar "Ana harayı" abidəsini ziyarət edirlər (FOTOREPORTAJ)
İranda ötən sutkada 69 nəfər koronavirusdan ölüb
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin növbəti görüşünün vaxtı açıqlanıb
Xocalı soyqırımının 29-cu ildönümü Bolqarıstan mətbuatında işıqlandırılıb (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir
Qarabağla bağlı razılaşmalar icra olunur - Peskov
"Azİz" Assosiasiyası beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanımağa çağırıb
Paşinyanın “lift diplomatiyası” – O, Düşənbədə Azərbaycan Prezidentinə nə barədə söz veribmiş? (VİDEO)
Vaşinqtonun küçələrində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası başlayıb (FOTO)
Xocalı faciəsinin ildönümü ilk dəfədir ki, başıuca formada qeyd olunur - Alim
İsraildə Xocalı soyqırımına həsr olunmuş videokonfrans keçirilib
Martın 1-dən yenidən külək güclənəcək, rayonlara qar yağacaq
Gövhər Baxşəliyevanın Xocalı soyqırımı barədə məqaləsi İordaniyada yayımlanıb
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımı mövzusunda mühazirə keçirilib (FOTO)
Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi
1992-ci ildə Xocalıda həlak olanların xatirəsini anırıq - ABŞ səfiri
Azərbaycanda çay plantasiyalarının güzəştli sığortası başlayıb
Xocalı soyqırımına həsr olunmuş musiqi əsərinin Kaliforniyada premyerası keçirilib
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Məcburi köçkünlərin aylıq müavinətdən “YAŞAT” fondu üçün vəsait tutulmayıb - Komitə
Əlindəki fənər bu uşağı Xocalıda qurban olmaqdan xilas edib (VİDEO)
Prezident İlham Əliyevdən jurnalistin sualına sərt reaksiya: Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir (VİDEO)
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur (FOTO)
Prezident İlham Əliyev: Statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir (VİDEO)
Sabah 13 dərəcəyədək isti olacaq
Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Prezident İlham Əliyev: Təklif edirəm ki, "Dağlıq Qarabağ"da suaxili dilini “rəsmi dövlət dili” elan etsinlər (VİDEO)
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Sosial-psixoloji xidmət dairəsini genişləndirməliyik - Bahar Muradova
Prezident İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq, Ermənistan və bütün başqa ölkələr bu reallıqla hesablaşmalıdır
Prezident İlham Əliyev: Bizim birinci mərhələdə məqsədimiz azad edilmiş torpaqlara vətəndaşların qayıtmasıdır
Bütün xəbərlər