...

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda ötən il 46 gəmi təmir edilib

İqtisadiyyat Materials 1 Fevral 2021 11:32 (UTC +04:00)
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda ötən il 46 gəmi təmir edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 46 müxtəlif təyinatlı gəmi təmir edilib.

ASCO-dan Trend-ə verilən məlumata görə, gəmilərin 8-i əsaslı, 20-si tərsanə, 18-i cari təmir olunub. Bu üzən vasitələrin 32-si ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 12-si Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti