...

Paytaxtda daha bir küçə təmir edilib (FOTO)

İqtisadiyyat Materials 11 Fevral 2021 11:07 (UTC +04:00)
Paytaxtda daha bir küçə təmir edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Nizami rayonunun Şirin Mirzəyev küçəsi uzun müddət təmir olunmadığı üçün rahat gediş-gəliş üçün çətinliklər yaranırdı.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu problemin aradan qaldırılması istiqamətində agentlik tərəfindən aparılan işlər artıq yekunlaşır.

Əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 330 metr, eni isə ortalama 9 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, köhnə səki daşları yenisi ilə əvəz edilir.

Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd olunan küçədə təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunur. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti