...

Türkiyədən Azərbaycana yeni ucuz aviareys açılır

İqtisadiyyat Materials 10 Mart 2021 13:58 (UTC +04:00)
Türkiyədən Azərbaycana yeni ucuz aviareys açılır

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

"Türk Hava Yolları"nın törəmə şirkəti "Anadolujet" büdcə aviaşirkəti martın 19-dan etibarən Azərbaycana müntəzəm reyslərə başlayır.

Trend bu barədə "Anadolujet"ə istinadən məlumat verir.

Uçuşlar İstanbul-Bakı-İstanbul marşrutu ilə həyata keçiriləcək və həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri Sabiha Gökçen hava limanından baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti