...

Qida məhsulları sahəsində fəaliyyət göstərən işçilər icbari tibbi müayinədən keçəcək

İqtisadiyyat Materials 11 Mart 2021 16:37 (UTC +04:00)
Qida məhsulları sahəsində fəaliyyət göstərən işçilər icbari tibbi müayinədən  keçəcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Aprelin 1-dən qüvvəyə minən qida məhsulları və qida obyektlərinə dair gigiyena tələblərində qida məhsulları sahəsində fəaliyyət göstərən işçilərin icbari tibbi müayinədən keçməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin əməkdaşı İradə Hüseynli deyib.

Onun sözlərinə görə, qida məhsulları üçün mikrobioloji göstəricilərə görə tələblər yenilənib. Bu sənəddə qida məhsulları üzrə mikrobioloji meyarlarla yanaşı, istehsalın gigiyenik qaydalarla təşkili göstəriciləri də öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti