...

İpoteka fondu satmaq öhdəliyi ilə kirayə verilən mənzillərin sayını açıqlayıb

İqtisadiyyat Materials 16 Mart 2021 12:19 (UTC +04:00)
İpoteka fondu satmaq öhdəliyi ilə kirayə verilən mənzillərin sayını açıqlayıb

Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:

Satmaq öhdəliyi ilə kirayəyə mənzil verilməsi mexanizmi çərçivəsində bu ilin əvvəlindən martın 16-dək İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 238 mənzil rəsmiləşdirilib və vətəndaşlara verilib.

Bunu Trend-ə Fondun mətbuat katibi Yeganə Ramazanova deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanda karantin rejiminə baxmayaraq, layihəyə kifayət qədər maraq olub və vətəndaşlara 413 mənzil təhvil verilib:

"Fondun balansına mərhələli şəkildə daxil olmuş mənzillərin sayı 1 405-ə bərabərdir. Artıq onlardan 651-i vətəndaşlara verilib".

O əlavə edib ki, İKZF satmaq öhdəliyi ilə kirayəyə mənzil üçün vətəndaşların müraciətlərini 2020-ci ilin martından qəbul etməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti