Bakı. Sədrəddin Ağcayev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 17-də 74,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,96 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,99 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,58 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,89 dollar/barel azdır.
(Tərcümə: Orxan Nəbiyev)