...

BMT-nin dəstəyi ilə Azərbaycanda transsərhəd kağızsız ticarətin qiymətləndirilməsi üzrə layihə başladı (FOTO)

İqtisadiyyat Materials 2 İyul 2021 10:42 (UTC +04:00)
BMT-nin dəstəyi ilə Azərbaycanda transsərhəd kağızsız ticarətin qiymətləndirilməsi üzrə layihə başladı (FOTO)

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (United Nations ESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsi cari ildə Azərbaycanda öz işinə start verib. Layihə üzrə Kommissiyanın milli koordinatorları - Dövlət Gömrük Komitəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, ESCAP-ın nümayəndə heyəti və beynəlxalq ekspertlər arasında ilk görüş keçirilib.

Trend-in məlumatına görə, bu layihənin məqsədi Azərbaycanın transsərhəd kağızsız ticarətə keçməsi üçün texniki və hüquqi hazırlıq üzrə qiymətləndirmələrdən, tövsiyələr və fəaliyyət planlarından irəli gələn hesabatların hazırlanmasıdır. Hazırlanacaq hesabatlar bu istiqamətdə milli və beynəlxalq səviyyədə daha miqyaslı tədbirlərin təşkili üçün dəyərli əsas ola bilər. Layihə BMT-nin beynəlxalq ekspert qrupu tərəfindən reallaşdırılacaqdır.

Nəticədə, BMT ilə birgə konfrans təşkil ediləcəkdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu layihə çox önəmli layihədir, belə ki, Azərbaycan 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən biridir. Məlumdur ki, “Rəqəmsal gömrük” həlli Çərçivə Sazişinin müddəalarının yerinə yetirilməsində çox mühüm rol oynayır. Bu mənada Dövlət Gömrük Komitəsinin transsərhəd kağızsız ticarətin reallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi istiqamətində gördüyü işləri xüsusilə vurğulamaq lazımdır.

Rəqəmsal Ticarət Qovşağının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, o cümlədən xarici ölkələrlə rəqəmsal imzaların qarşılıqlı tanınması dövlətin digər elektron xidmətləri ilə birlikdə transsərhəd kağızsız ticarətin inkişafında çox önəmlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti