...

BTQ ilə daşınan konteynerlərin sayı 60 faizdən çox artıb

İqtisadiyyat Materials 3 Avqust 2021 12:16 (UTC +04:00)
BTQ ilə daşınan konteynerlərin sayı 60 faizdən çox artıb

Bakı. Trend:

Bu ilin 7 ayı ərzində Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 faiz çox konteyner daşınıb.

"ADY Container"dən Trend-ə verilən məlumata görə, belə ki, 2020-ci ilin 7 ayı ərzində BTQ ilə ümumilikdə 8348 TEU konteyner təyinat stansiyalarına çatdırılıbsa, bu ilin 7 ayı ərzində bu rəqəm 13 610 TEU olub.

Bu ilin iyul ayı üzrə göstəricilərdə də müsbət dinamika müşahidə olunur. Belə ki, ötən ay 2020-ci ilin iyul ayı ilə müqayisədə BTQ ilə daşınan konteynerlərin sayında 109 % artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin 7 ayı ərzində daşınan 13 610 TEU konteynerdən 92 faizini tranzit yükdaşımaları təşkil edir.

BTQ dəmiyolu xətti ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin – Türkiyə, Orta Asiya – Türkiyə və əks istiqamətlərdə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti