...

Bankomatların sayı 8, ödəniş terminalları isə 17 faiz artırılıb

İqtisadiyyat Materials 4 Avqust 2021 12:05 (UTC +04:00)
Bankomatların sayı 8, ödəniş terminalları isə 17 faiz artırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Cari ilin birinci yarımili üzrə kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilib.

Trend-in Mərkəzi Bankın açıqladığı "Ödəniş Sistemləri üzrə Yarımillik İcmal"a istinadən məlumatına görə, 01.07.2021-ci il tarixinə ölkədə 2867 bankomat, 60381 ədəd POS-terminal mövcud olub ki, qeyd olunan göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və 8.1% artım müşahidə olunub.

01.07.2020-ci il tarixinə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52.9%-ni təşkil etdiyi halda, cari ilin müvafiq dövrünə bu göstərici 64.9% olub.

Ödəniş terminalların, o cümlədən bankomatların sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarımilinin sonuna banklar tərəfindən quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 8% artaraq 2867, ödəniş terminallarının sayı isə 17% artaraq 1978 ədəd ədəd təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti