...

BAEA İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını 4 dəfə artırdığını açıqlayıb

İqtisadiyyat Materials 7 Sentyabr 2021 23:01 (UTC +04:00)
BAEA İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını 4 dəfə artırdığını açıqlayıb

Bakı. Trend:

İran son zamanda yüksək zənginləşdirilmiş uran ehtiyatlarını 4 dəfə artırıb.

Trend-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatında deyilir.

Agentliyin məlumatına əsasən, beynəlxalq müşahidəçilər İranın nüvə fəaliyyətindən getdikcə daha çox narahat olmağa başlayırlar.

Şərq KİV-ləri bildirir ki, hazırda İranın 10 kiloqram yüksək zənginləşdirilmiş (60 faizə qədər) uran ehtiyatı var.

Həmçinin BAEA qeyd edir ki, İran nüvə fəaliyyətinin yoxlanılmasına da mane olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti